Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:32
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı
DTİHB-nin Seçki Müşahidə Missiyasının mətbuat konfransı

Azərbaycanda növbədənkənar prezident seçkiləri

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bəzi müxalifət partiyaları hakimiyyətin rəqabətə hazır olmadığını əsas gətirərək seçkidə iştirakdan imtina edib. Seçkiyə AŞPA müşahidəçiləri dəvət olunmayıb.

07:40 7.2.2024

Azərbaycanda növbədənkənar prezident seçkiləri başladı

Bu gün, fevralın 7-si Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Səsvermə saat 8:00 radələrində başlayır, 19:00-da başa çatmalıdır. Prezidentliyə 7 namizəd qeydə alınıb. Bunlar hazırkı prezident, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyev, deputat Zahid Oruc, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevdir.

Qanunvericiliyə əsasən, növbəti prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Prezident İlham Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah edib. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər. Onlar bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

08:28 7.2.2024

İlkin nəticələrinin 21:00-da açıqlanması gözlənilir

Bu gözləntini fevralın 7-də səsvermə başladıqdan sonra keçirdiyi mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov dilə gətirib. Onun sözlərinə görə, seçki məntəqələrinin 50-60 faizindən nəticələr MSK-nın monitorunda öz əksini tapdıqdan sonra ilkin mənzərə artıq aydınlaşacaq.

Onun deməsinə görə, bu vaxta qədərki təcrübəyə əsasən bunun axşam saat 9-da mümkün olacağı gözlənilir.

08:32 7.2.2024

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, prezident seçkilərini izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Onlardan 800 nəfərə yaxını beynəlxalq müşahidəçilərdir.

08:32 7.2.2024

MSK-nın açıqlamasına görə, ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6 min 319 daimi və 218 müvəqqəti olmaqla 6 min 537 seçki məntəqəsi formalaşdırılıb. Həmin məntəqələrdən 26-sı da işğaldan azad edilən ərazilərin payına düşür. MSK sədri qeyd edib ki, azad olunmuş ərazilərdə 23 minə yaxın seçici səs verə biləcək.

Davamı

XS
SM
MD
LG