Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:28

Prezidentdən çoxdan gözlənilən qərar gəldi [video]


İlham Əliyevin yeni sərəncamı - Həbs qaydaları dəyişdirilir
Gözlə

No media source currently available

0:00 0:15:07 0:00

Həbs qaydaları dəyişdirilir [video]

Prezidentdən çoxdan gözlənilən qərar gəldi. Hələ illər öncə beynəlxalq hüquq təşkilatları, yerli hüquq müdafiəçiləri Azərbaycana alternativ cəzaların tətbiqini təklif edirdilər.

Nəhayət prezident fevralın 10-da belə bir sərəncam verdi. Sərəncam alternativ cəzaların tətbiqi, penitensiar sahədə işi təkmilləşdirmək məqsədi daşıyır:

Sərəncamdan çıxan nəticələr:

– Alternativ cəzalar olmadığından azadlıqdan məhrum edilənlərin sayı artıb, həbsxanalar yüklənib.

– Azadlıqdan məhrum edilənlərin ictimai faydalı əməyə cəlb olunması məqsədilə cəzaçəkmə müəssisələrində istehsal sahələri bərpa edilməlidir.

– Cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzalar əlavə olunmalı, mövcud alternativ cəzaların tətbiqi əsasları təkmilləşdirilməlidir.

– İbtidai istintaq orqanları və məhkəmələr həbs-qətimkan tədbiri seçərkən alternativ cəzaların tətbiqini genişləndirməlidir.

– Cinayət təqibi və cəzaların icrası zamanı qeyri-prosessual münasibətlərə yol verilməməlidir, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizədə daha ciddi tədbirlər görülməlidir.

Buna da bax:​ Ədliyyə nazirliyinin Probasiya xidməti yaradılıb

Nigar Yaqublu
Nigar Yaqublu

Siyasi fəal Nigar Yaqublu 2012-ci ildə avtomobil qəzası törədib, qəza zamanı özü xəsarət alıb. avtomobildəki digər sərnişin vəfat edib. Nigar Yaqublu 2 il yarım azadlıqdan məhrum edilib. Bu qərardan şikayət edib. Azadlıqdan məhrum etmənin digər cəza ilə dəyişdirilməsini istəyib. Nəhayət 6 aydan sonra onun bu iddiası təmin olunub. Həbsxana məntəqə tipli cəzaçəkmə müəssisəsi ilə əvəzlənib. Nigar deyir ki, Azərbaycanda əsas problem alternativ cəza sistemlərinin işləməməsidir:

"6 aydan sonra məni Kürdəxanıdan məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərməli idilər. Amma alternativ cəzalar üçün dövlət sistemi olmadığından, cəzaçəkmə müəssisəsində imkanların yoxluğuna görə evə buraxdılar. Bir ildən sonra cəzanın yarısı tamamlanandan sonra şərti azadlıq üçün müraciət edib, cəzanı şərti azadlığa dəyişə bildik".

Buna da bax:​ Nigar Yaqublu: Bu işdə qalib tərəf mənəm

Hüquqşünas Xalid Bağırov deyir ki, Azərbaycan məhkəmə sistemində ciddi problemlər və çatışmazlıqların olduğu hətta prezidentin sərəncamında da bir qismi vurğulanıb. O, prezidentin öncəki, elektron məhkəmələr haqda sərəncamını yada salır. Deyir ki, bu sərəncamın verilməsindən bir neçə il ötüb, amma elektron məhkəmələrdən səs-soraq yoxdu. Ona görə də hüquqşünas bu sərəncamın da işlək olacağına şübhə edir:

“Problem ondadır ki, Azərbaycanda cinayətkarlıqla real mübarizə yoxdur. Elə bu sərəncamın özü icra olunmayıb. Azərbaycan məhkəmələri müstəqil deyillər. İttiham tərəfi – prokurorluq hansı vəsatəti qaldırırsa, onu da təmin edirlər. Məhkəmələr müstəqil olunsa təqsirləndirilənlərin 80 faizini buraxar ki, həbsinə əsas yoxdur. Həqiqətən də yoxdur. Avropa məhkəməsinə əsassız həbslərlə bağlı gedən şikayətlərin əksəriyyəti təmin olunur, əsassız həbs tanınır. Niyə? Çünki məhkəmə prokurorluq nə istəyir onu da edir. Məhkəmələr müstəqil deyillər. Bu sərəncamla məhkəmələrin müstəqilliyi təmin olunacaqmı? Xeyr. Ona görə də mən də bu sərəncamın icra olunacağına ciddi şübhələr var”.

Buna da bax:​ Leyla Yunus: 'Mən deyərdim ki, İlham Əliyev qaçdı...'

Xalid Bağırov bildirir ki, əslində azadlıqdan məhrum etməyə alternativ – ev dustaqlığı, şərti azadlıq, polisin nəzarətinə vermə, girov müqabilində azadlıq kimi başqa cəzalar da var. Amma bu cəzalar işlək deyil. Xalid Bağırov bunun kökündə azad məhkəmə sisteminin yoxluğunu görür. Deyir ki, azad məhkəmə olsaydı, işin bütün hallarını araşdırıb qərar verərdi.

Bu mövzuda Bakı sakinlərinin də fikirlərini öyrənmişik. Onlardan soruşmuşuq ki, sizcə, Azərbaycanda cinayət törədənlərə verilən cəzalar nə qədər ədalətli olur? Belə cəzalar ağırlaşdırılmalı, yoxsa, yüngülləşdirilməlidir?

Azərbaycanda məhkəmə qərarları nə qədər ədalətli olur?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Hüquqşünas Xalid Bağırov sərəncamda bir məqama - İqtisadi cinayətlərin dekriminallaşdırılmasına diqqət çəkir. O buna tamamilə absurd sayır:

“Bu gün ölkədə iqtisadi problemlər var. Ən çox cinayət iqtisadi sahələrlə bağlıdır. Oğurluq, dələduzluq, korrupsiya, vəzifə səlahiyyətindən istifadə etmə və s. Prezident bu artan cinayətləri azaltmağa, cinayət olmaqdan çıxarmağa çalışır. Dünyanın heç bir yerində belə hal yoxdur. O cinayətlər dekriminallaşdırıla bilər ki, onlar aktuallığını, ictimai təhlükəliliyini itirib. Azərbaycanda isə bu cinayətlərin aktuallaşdığı bir dövrdə prezident bu cinayətlərin dekrminallaşdırılmasını təklif edir. Bunun adı iqtisadi cinayət edənlərə fürsət verməkdir”.

Buna da bax:​ Siyasi Məhbusların Müdafiə Mərkəzi təsis olundu

Azərbaycan yerli və beynəlxalq hesabatlarda məhkəmələrdəki ədalətsizliyə görə tənqid olunur. Yalnız siyasi işlərdə deyil, digər işlərdə də şəxsin müdafiə hüququnun təmin edilmədiyi, həbs olunduğu andan məhkəmə prosesinə, saxlanma şəraitinə qədər hüquqların pozulduğu qeyd olunur.

Deputatlar isə prezidentin alternativ cəzalarla bağlı sərəncamını alqışlayıblar. Bu qərarı humanizmin göstəricisi sayıb, xeyli məhbusun azadlığına qovuşması ilə nəticələnəcəyinə ümid etdiklərini bildiriblər.

XS
SM
MD
LG