Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:35

Babayan və Mnatsakanyan saxlanılıb - prokurorluqdan açıqlama


Nagorno Karabakh - Davit Babayan, Foreign Minister of Nagorno Karabakh, Stepanakert,31Mar,2022
Nagorno Karabakh - Davit Babayan, Foreign Minister of Nagorno Karabakh, Stepanakert,31Mar,2022

Dünən, sentyabrın 29-da 2015-2018-ci illərdəseparatçı qurumun “müdafiə naziri” Lyova Mnatsakanyan və 2013-2023-cü illərdə “prezidenti aparatının rəhbərinin müavini, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi vəzifələrində” işlədiyi deyilən Davit Babayan saxlanıb.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat yayıb.

Davit Babayanın hələ 3 il əvvəldən Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,...), 32.3, 114.1 (muzdlular yığma, onlara təlim keçmə,... hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə) və başqa maddələri üzrə əməllərdə şübhəli sayıldığı bildirilir.

Davit Babayan
Davit Babayan

Onun sentyabrın 29-da istintaqa təqdim olunduğu və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edildiyi vurğulanır.

Qarabağın keçmiş ‘müdafiə naziri’nin də saxlandığı açıqlanıb

Prokurorluğun bəyənatında Lyova Mnatsakanyanın isə 2006-cı il noyabrın 8-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediməsi barədə qərar qəbuil edilmiş və həmin il noyabrın 14-də barəsində müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verildiyi bildirilib

Məlumata görə, Mnatsakanyan sentyabrın 29-da Laçın Sərhəd Buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmək istəyərkən saxlanılaraq istintaqa təqdim olunub.

Bu məlumata, hələlik, onun yaxınları və Ermənistanın rəsmi qurumlarının münasibəti bəlli deyil.

Xatırlatma

Sentyabrın 19-da rəsmi Bakı Qarabağda "lokal antiterror tədbirləri"ni başladıb erməni silahlı qüvvələrinin regiondan çıxarılmasını tələb edib.

Sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunduğu açıqlanıb. Razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Hazırda 40 mindən çox erməninin Qarabağı tərk etdiyi bildirilir. Ancaq rəsmi Bakı heç kəsi Qarabağdan çıxmağa məcbur etmədiyini, onların Azərbaycan cəmiyyətinə reinteqrsiyası üçün paket açıqlanacağını bildirir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər hələ ki, sülh müqaviləsi imzalaya bilməyiblər.

XS
SM
MD
LG