Ermənistan dinc əhali arasında tələfatdan danışır
Erməni tərəfinin yaydığı məlumatda deyilir ki, 12 yaşlı bir oğlan öldürülüb, iki nəfər isə yaralanıb.
Ermənistandan Müdafiə Nazirliyi bildirib ki, döyüş davam etdikcə, hər iki tərəfdən itkilər arta bilər.
Ermənistanın baş naziri Hovik Abrahamian «düşmənin görünməmiş irimiqyaslı hərbi əməliyyatları» ilə bağlı hökumətin görüşündə deyib: «Ermənistan vəziyyəti sabitləşdirmək üçün bütün zəruri addımları atmağa hazırdır».
Tərtərin icra başçısı: «Heç bir panika yoxdur»
«Tərtərdə fəaliyyət göstərən bütün dövlət qurumları əhalinin yanındadır». Bunu APA-ya açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
Başçının deməsinə görə, qoşunların təmas xəttində yaşanan gərginlik əhalinin psixologiyasına mənfi təsir göstərməyib: «Heç bir panika yoxdur. Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Biz ordumuza görə hər şeyə hazır olmalıyıq. Ali Baş Komandanın bütün diqqəti ordunun üzərindədir. Tərtərin vətənpərvər gəncləri var. Hər bir Azərbaycan vətəndaşı öz dədə-baba torpağını qorumaq istəyir».
Tərtər rayonu cəbhənin təmas xəttində yerləşir. Müdafiə Nazirliyinin məlumatına görə, bu rayonun məhz bir neçə kəndi atəş altındadır.
«Məsuliyyət Ermənistanın üzərinə düşür»
Parlamentin vitse-spikeri Bahar Muradova təmas xəttindəki durumu şərh edib: «Nəzərə alaq ki, bu, Kəlbəcərin işğal dövrünə təsadüf edir. Bu, ermənilərin həmin tarixi yadımıza salmaq niyyətindən xəbər verir». Davamı
Cəbhə xəttinə yaxın kəndlərin sakinləri evlərini tərk edir
Bu görüntülər Tərtər rayonunda lentə alınıb.