Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:47

Erdoğan Moskvaya: ‘Suriyada bizim qarşımızı kəsməyin’


Türkiyə qüvvələri Suriyada Rusiya tərəfindən dəstəklənən hökumət qoşunlarının onlarca əsgərini öldürdükdən sonra Kreml bildirib ki, prezident Vladimir Putin və Türkiyə prezidenti Recep Tayyip Erdoğan arasında danışıqlar buna “zərurət olduğu halda” təşkil edilə bilər.

Kremlin sözçüsü Dmitry Peskov bu bəyanatı fevralın 3-də, Erdoğan İstanbulda jurnalistlərə Moskvanın Suriyadakı situasiyaya müdaxilə etməli olmadığını deyəndən sonra verib.

Suriyada Türkiyə silahlı qüvvələri Suriya hökumət qoşunlarını artilleriya atəşinə tutublar.

Ankara bildirib bu, Suriya qoşunlarının Suriyanın şimalındakı İdlib qəzasında Ankaranın dəstəklədiyi qiyamçı qüvvələri atəşə tutmasına cavab olaraq edilir.

Türkiyə prezidenti bundan əvvəl demişdi ki, onun ölkəsinin silahlı qüvvələri 30-35 Suriya hökumət əsgərini “neytrallaşdırıb”.

Ankara rəsmilərinin dediyinə görə, Suriya qiyamçılarının “intensiv atəşi” nəticəsində 6 Türkiyə hərbçisi həlak olub və Türkiyənin zərbələri də bu səbəbdən endirilib.

Putin Erdoğanla buna “zərurət olanda” danışacaq

Peskov bildirib ki, "hələlik yüksək səviyyədə heç bir danışıqlar keçirilməyib, lakin prezidentlər bunu zəruri hesab etsələr, belə danışıqların tez bir zamanda keçiriləcəyi heç kimdə şübhə yaratmamalıdır”.

Putinin sözçüsü əlavə edib ki, Moskva “İdlib qəzasında terrorçuların davam edən fəaliyyətindən narahatdır”.

Suriya münaqişəsində qarşı duran tərəfləri dəstəkləyən Türkiyə və Rusiya İdlibdə döyüş əməliyyatlarının səngidilməsi və hərbsizləşdirilmiş zonanın yaradılmasında əməkdaşlıq barədə razılığa gəliblər.

Rusiya araya girməsin

Yanvarın əvvəllərində Erdoğan bildirmişdi ki, Suriya qoşunlarının İdlib qəzasındakı hücumları Ankaranın səbr kasasını daşırır.

O Moskvanı bu ərazidə zorakılıqları azaldacağına dair öhdəliyinə “hörmət etməməkdə” günahlandırmışdı.

Rusiya rəsmiləri iddia edirlər ki, Türkiyə son hücumlar barədə əvvəlvcədən heç bir xəbərdarlıq etməyib.

Erdoğanın hakim AKP-dən olan rəsmiləri bunun əksini iddia edirlər.

Erdoğan bununla əlaqədar bəyanat verib:

"Mən xüsusilə də Rusiya hakimiyyət orqanlarının nəzərinə çatdırıram ki, burada bizim söhbətmiz sizinlə yox, Suriya rejimi ilədir və siz bizim qabağımızı kəsməyin”.

XS
SM
MD
LG