Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:38

'FH': 'Azərbaycanda vəziyyət Gürcüstan və Ermənistandan pisdir' [video]


Azərbaycanın demokratiya balı yenə düşdü, Bakı tənqidləri eşitmək belə istəmir
Gözlə

No media source currently available

0:00 0:14:37 0:00

Azərbaycanın demokratiya balı yenə düşdü, Bakı tənqidləri eşitmək belə istəmir [A-Live]

«Freedom House» beynəlxalq insan haqları təşkilatı deyir ki, Böyük Britaniya və Birləşmiş Ştatlarda populistlərin qələbəsi Soyuq müharibədən sonrakı dünya düzənini silkələyib, Avropa və Avrasiyada sabitsizlik qorxusu yaradır.

Təşkilatın aprelin 4-də açıqladığı «Keçid ölkələri 2017» hesabatına görə, təhlil olunan 29 ölkənin yarıdan çoxunda demokratiya göstəriciləri düşüb – 18 ölkənin balı salınıb. Bu, 2008-ci ilin qlobal maliyyə böhranından bəri ikinci ən böyük düşüşdür.

Buna da bax:​ Azərbaycanın demokratiya balı bir az da düşüb

«Freedom House» keçid ölkələrindən biri hesab etdiyi Azərbaycanın da əksər göstəricilər üzrə demokratiya sarıdan gerilədiyini qeyd edir.

Azərbaycana Seçki prosesi, Vətəndaş cəmiyyəti, Müstəqil media, Milli demokratik idarəçilik, Məhkəmələrin müstəqilliyi, Korrupsiya kateqoriyaları üzrə ən aşağı - 7 bal, verilir. Yalnız Yerli demokratik idarəçilik üzrə Azərbaycanın vəziyyəti 6,5 balla qiymətləndirilir.

«Freedom House»a görə, Azərbaycanda vəziyyət Gürcüstan və Ermənistandan pisdir.

Buna da bax:​ Avropalılar Bakıda məhkəmələrin inkişafından danışdılar

Gürcüstanın ümumi demokratiya göstəriciləri üzrə balı 4.6, Ermənistanın balı isə 5.3-dür.

Biz «Freedom House»un bu tənqidlərinə Bakı sakinlərinin də fikirlərini soruşmuşuq. Məsələn, məhkəmələrin durumuna dair səslənən tənqidlər haqqında vətəndaşlar nə düşünürlər?

Məhkəmələrdən nə qədər razısız?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, Azərbaycanda demokratiya sarıdan vəziyyətin pisləşməsi ilə bağlı «Freedom House»un hesabatı ilə razıdır:

“Siyasi məhbusların sayı artıb, stabil olaraq həbsxanada hardasa 10 nəfər civarında jurnalist olur. 2012-ci ildən sonra vəziyyət xüsusilə pisləşməyə başlayıb və bu tendensiya davam edir”.

Azərbaycan rəsmiləri bir qayda olaraq ölkədə insan haqlarının pozulması iddialarını rədd edirlər. Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasından olan üzvü Səməd Seyidov «Freedom House»un hesabatı ilə bağlı ümumiyyətlə danışmaq istəmir:

Buna da bax:​ Səməd Seyidov: 'Azərbaycan hökuməti o səviyyədə deyil ki...'

“Hansısa təşkilat hansısa reytinqi açıqlayır və reytinq əsasında sual verirsiniz, bu qəti mənə maraqlı deyil. Siz ciddi bir sual versəniz, mən o sualı şərh etməyə hazıram. Amma heç qərəzli də deməzdim, mənasız reytinqlər gündə biri çıxır”.

Rəsul Cəfərov
Rəsul Cəfərov

Hüquq müdafiəçisi, keçmiş məhbus Rəsul Cəfərov isə hesab edir ki, Azərbaycan hökuməti bu tənqidləri qəbul etmədikcə, problemlərin həlli də çətinləşir.

Onun fikrincə, hesabatda bütövlükdə dünyada demokratiyadan uzaqlaşma meyllərini hiss edilir. İnsan haqlarının gözardı edilməsinin isə tarixi nəticələri olur:

Buna da bax: Azərbaycandakı sülalə hakimiyyəti Avropadan ötrü pis əlamətdir. Niyə?

“Hesabatda ciddi məqamlar qeyd olunur və tarixdə ciddi problemlərlə, müharibələrlə nəticələnmiş insan haqlarının pozulması sahəsini əhatə edir və həmin problemlərə biganə münasibət, həmin problemləri görməməzlikdən gəlmək fəxr edilən sabitliyin pozulması ilə nəticələnə bilər”.

«Freedom House» da bildirir ki, «2016-cı ilin aprelində Niderlandda Ukraynanın Avropa Birliyi ilə Assosiasiya müqaviləsini tanımayan referendum, Donald Trump-ın ABŞ-da prezidenti seçilməsi Soyuq müharibədən sonra formalaşmış kövrək düzən barədə şübhələr yaradıb.​

Buna da bax:​ Deputat: ''Freedom House'da Azərbaycana qərəzli yanaşma var'

Hesabata görə, bu yenidən tarazlama Avropa və Avrasiyada müharibə təhlükəsini artıra bilər-Ukraynanın şərqində atışmalar qızışıb, Kosovo və Serbiyada gərginlik artıb. Hesabatda deyilir ki, 2016-cı ilin aprel toqquşmalarında son 22 ildə ən çox itki verən Ermənistanla Azərbaycan isə gözləmə mövqeyindədir- anlamağa çalışırlar ki, ABŞ-ın yeni administrasiyası Qafqazda sülhün saxlanmasına sadiqdir, ya yox.

XS
SM
MD
LG