Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Rusiyanın Kiyevə yenidən hücum edə biləcəyi deyilir


Kiyev vilayəti
Kiyev vilayəti

Rusiyanın Ukraynanı raket atəşinə tutması xəbərləri gəlir. Bu arada Moskvanın Kiyevə yeni hücuma başlaya biləcəyi bildirilir. Kreml isə Vaşinqtona xəbərdarlıq edib ki, Ukraynaya daha müasir silahlar göndərməsin.

Ukrayna hakimiyyəti dekabrın 16-da azı üç şəhərdə partlayış olduğunu, Rusiyanın enerji obyektləri və infrastruktura böyük raket zərbəsi endirdiyini bildirib.

Xarkov işıqsız qalıb

Yerli hakim orqanlar isə paytaxt Kiyevdə, Dnepropetrovsk vilayətindəki Krivoy Roqda, şimal-şərqi Xarkovda partlayışlar haqda xəbər verirlər.

Xarkovun meri İqor Terexov Telegram-da yazıb ki, infrastruktura üç raket zərbəsi nəticəsində şəhər elektriksiz qalıb.

Şərqi Sumı vilayətində də elektrikin kəsildiyi bildirilir. Hakim orqanlar “vilayətdə havadan müdafiə sistemləri”nin işə düşdüyünü açıqlayıb.

Son aylar Rusiya qüvvələri cəbhədə bir sıra uğursuzluqla üzləşəndən sonra Ukraynanın enerji infrastrukturuna zərbələr endirir.

Ukrayna ordusu hazırda Rusiyanın diqqətinin əsasən şərqi Baxmut və Avdiyevka şəhərlərinə yönəldiyini, eyni zamanda cənubdakı Zaporojye vilayətində möhkəmlənməyə çalışdığını bildirir.

Moskvanın xəbərdarlığı və Pentaqonun cavabı

Bu arada Moskva Vaşinqtona xəbərdarlıq edib ki, Ukraynaya müasir havadan müdafiə sistemləri göndərməsin, həmin sistemlər Rusiya ordusunun “legitim hədəf”inə çevriləcək.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova dekabrın 15-də deyib ki, əgər ABŞ-ın Kiyevə Patriot yer-hava raket sistemləri göndərmək planları həqiqətdirsə, bu, “ABŞ tərəfindən daha bir provokativ addım” olar, münaqişədə iştirakını genişləndirər.

Pentaqonun sözçüsü Pət Rayder (Pat Ryder) isə deyib ki, Birləşmiş Ştatlar “Ukraynaya göstərdiyimiz təhlükəsizlik yardımını Rusiyanın diktə etməsinə imkan verməyəcək”.

ABŞ ordusu Almaniyada Ukrayna hərbi heyətinə təlimi genişləndirəcəyini elan edib. Yanvardan başlayaraq ayda 500 əsgərə təlim keçiləcək. Apreldən bəri ABŞ və müttəfiqləri 15 mindən çox ukraynalıya təlim keçib.

Kiyev üzərinə yeni hücum dalğası?

Bu arada Ukraynanın aparıcı müdafiə rəsmiləri Rusiyanın gələn ilin əvvəlində paytaxt Kiyevə ikinci hücuma keçə biləcəyini deyirlər.

Generallar Valeri ZalujniOleksandr Sirski dekabrın 15-də “The Economist”ə müsahibələrində deyiblər ki, Moskva yanvarda yeni hücuma başlaya bilər.

“Rusiyalılar 200 min təzə əsgər hazırlayırlar. Onların Kiyev üzərinə bir də gələcəyinə şübhəm yoxdur”, – Zalujni deyib.

Müdafiə naziri Oleksey Reznikov da dekabrın 15-də “The Guardian”a deyib ki, Rusiya yeni geniş hücum planlaşdırır.

“Səfərbərliyin ikinci hissəsi, təxminən 150 min əsgər… minimum üç aylıq hazırlıq keçir. Bu o deməkdir ki, onlar ola bilsin fevralda, keçən ilki kimi yeni hücum dalğasına başlamağa hazırlaşırlar. Planları belədir”, – Reznikov söyləyib.

Bu arada Rusiyanın Belarusda da hərbi iştirakını gücləndirdiyi, həmin ölkədə “təlim və döyüş koordinasiyası keçdiyi” bildirilir.

XS
SM
MD
LG