Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:39

Dörd uşaq ikinci ildir ki, məktəbə getmir


Bakıda məktəb. Foto arxiv
Bakıda məktəb. Foto arxiv

«İkinci ildir ki, təhsildən geri qalırlar. Heç bir məktəb uşaqlara sahib çıxmır. Bu il də bir neçə məktəbə müraciət etdim, götürmədilər».

Bunu «Qaynar xətt»ə bir ildən çoxdur ki, övladlarına məktəb axtaran Samirə Salmanova deyir.

«DEYİRLƏR, MƏKTƏBLƏRDƏ YER YOXDUR»

Samirə xanımın iki övladı skolioz (onurğa sütununun əyriliyi) xəstəliyindən əziyyət çəkir və həkimlər anaya hər iki xəstə uşağın uzunmüddətli müalicəsinə ehtiyac olduğunu bildiriblər. Samirə xanım da ötən il Bakıya köçməli olub. Burada uşaqları Nəsimi rayonu ərazisindəki məktəblərdən birinə yerləşdirib.

***Buna da bax-Baba: 'Xəcalət çəkirəm, bu uşaqlar məktəbdən qaldılar'

Lakin məktəb yaşadığı ərazidən və uşaqların müalicə aldıqları yerdən uzaq olduğundan qısa müddətdən sonra təhsilləri yarımçıq qalıb. Daha doğrusu, Samirə xanım uşaqların sənədlərini həmin məktəbdən geri götürərək daha yaxın məsafədə yerləşən məktəblərə müraciət edib:

«240, 211 və 11 nömrəli məktəblərə müraciət etmişəm. Bu dörd uşağa üç məktəbdə yer tapılmır, heç biri sənədləri qəbul etmir. Deyirlər, məktəblərdə yer yoxdur. Dörd uşaq ikinci ildir ki, təhsildən kənarda qalıb».

«MÜRACİƏT ELƏSİN, YERLƏŞDİRƏK»

Ana deyir, övladlarının dördü də məktəbə, təhsilə həvəslidir. Səhərlər məhəlləyə çıxaraq məktəbə gedən uşaqların arxasınca baxırlar.

***Buna da bax-Masallınin bir kəndində 'Bilik günü' olmayıb...

Bakı Şəhər Təhsil İdarəsindən «Qaynar xətt»ə bildirilib ki, ana bu problemi ilk növbədə idarəyə bildirməli idi:

«Rayondan gəlib, qapı-qapı düşüb dörd uşağa məktəb axtarmazdan əvvəl idarəyə müraciət olunmalıydı. Xanım müraciət eləsin, o uşaqları məktəblərə yerləşdirək».

Azərbaycan Respublikası Konstitusiyasına görə, icbari təhsil məcburidir. Məktəb yaşına çatan hər bir Azərbaycan vətəndaşı icbari təhsil almalıdır.

XS
SM
MD
LG