Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:31
Milli Şuranın Bakıda mitinqi, 8 aprel 2017
Milli Şuranın Bakıda mitinqi, 8 aprel 2017

Milli Şura Bakıda mitinq keçirdi

Aprelin 8-i Demokratik Qüvvələrinin Milli Şurası Bakının Yasamal rayonu ərazisindəki “Məhsul ” stadionunda mitinq keçirib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Bu dəqiqələrdə Bakıda Demokratik Qüvvələrin Milli Şurasının siyasi və sosial tələblərlə etiraz mitinqi başlayır.

Milli Şuranın etiraz aksiyasının əsas şüarları «Talana son!», «Monarxiyaya yox!», «Siyasi məhbuslara azadlıq!»-dır.

Etiraz aksiyasının təşkilatçıları mitinqində kütləviliyin qarşısını almaqdan ötrü hökumətin inzibati basqılardan istifadə etdiyini açıqlayıblar.

Təşkilat Komitəsi üzvlərinin sözlərinə görə, mitinqdə iştirak etməkdən ötrü paytaxta gəlmək istəyən əyalət müxalifətçilərinə basqılar olub.

Bundan başqa metronun “İnşaatçılar” stansiyası yaxınlığına cəlb olunmuş polis qüvvələrinin də aksiyaya gələnlərin sərbəst hərəkətinə çətinliklər yaratdığı söylənir.

Təşkilat Komitəsinin bu dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Hazırda etiraz aksiyası iştirakçıları mitinqin keçiriləcəyi meydana daxil olurlar. Polis əməkdaşları onları yoxlayır. Təşkilatçıların öncədən elan etdiyi şüarlardan fərqli şüarlar meydana buraxılmır.

Bakı Baş Polis İdarəsi isə xəbərdarlıq edib ki, aksiyada əvvəlcədən elan edilən şüarlardan əlavə şüarlar səslənsə, iğtişaş və qarşıdurmaya yol verilsə bunun məsuliyyəti təşkilatçıların üzərində qalacaq.

Təşkilat Komitəsi isə bəyan edib ki, həmişə olduğu kimi iğtişaşlara qarşıdırlar. Belə hal yalnız hakimiyyət orqanlarının istədiyi halda baş verə bilər.

Demokratik Qüvvələrin Milli Şurası son aksiyalarını ötən ilin sentyabrı Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən Referendum öncəsi təşkil etmişdi.

Məhsul meydanına girişdə sıxlıq yaranıb, 8 aprel 2017
Məhsul meydanına girişdə sıxlıq yaranıb, 8 aprel 2017

Bu dəqiqələrdə də insanların meydana gəlməsi davam edir. Girişdə növbə olduğu bildirilir. Polis qadınları ayrı, kişiləri ayrı yoxlayıb meydana buraxır...

Davamı

XS
SM
MD
LG