Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:38

NATO öz ərazisini 'qarışbaqarış' müdafiə edəcək


Yens Stoltenberq
Yens Stoltenberq

Stoltenberqin sözlərinə görə, “Rusiya gücdən istifadə edərək tarixi yenidən yazmağa çalışır”

NATO-nun Baş katibi Yens Stoltenberq deyir ki, Rusiyanın Ukraynaya hücumu Avropada sülhü sarsıdıb və alyans öz üzvlərinin ərazisini “qarışbaqarış” müdafiə edəcək.

“Yenilənmiş qətiyyət və daha güclü vəhdətlə cavab verməliyik”, – Stoltenberq Brüsseldə NATO səfirlərin təcili toplantısından sonra mətbuat konfransında deyib.

“Müdafiə planları”

“Biz müdafiə işi görürük”, – deyən Stoltenberq fevralın 25-də NATO-nun 30 üzvünün liderləri arasında virtual görüş keçiriləcəyini bildirib.

Baş katib alyansın 5-ci Maddəyə sadiqliyini bir daha vurğulayıb. Bu maddədə deyilir ki, bir üzvə hücum digər üzvlərə hücuma bərabərdir.

Stoltenberq alyansın Rusiyanın Ukraynaya hücumundan sonra qeyri-üzv müttəfiq ölkələr üçün “müdafiə planları”nı işə saldığını qeyd edib. Ukrayna NATO üzvü olmasa da Qərblə müttəfiqdir.

NATO başçısı alyansın müdafiəsini gücləndirdiyini, üzvlərinin hava məkanını qorumaqdan ötrü 100-dən çox hərbi təyyarənin hazır vəziyyətə gətirdiyini deyib.

Stoltenberq Rusiyanın NATO-ya hücumunu “məqsədli, soyuqqanlı, çoxdan planlaşdırılan işğal” adlandırıb.

Bakı sakinləri Ukraynaya hücum haqda - Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

“Qəddar müharibə aktıdır”

Onun sözlərinə görə, “Rusiya gücdən istifadə edərək tarixi yenidən yazmağa çalışır”.

“Rusiya Ukraynaya hücum edib. Bu, qəddar müharibə aktıdır. Fikirlərimiz Ukraynanın cəsur xalqının yanındadır”, – o deyib.

“Qitəmizdə sülh sarsıldı”, – baş katib sözlərinə əlavə edib.

Təcili iclasdan öncə Estoniya, Latviya, Litva və Polşa NATO Xartiyasının 4-cü maddəsi üzrə nadir məsləhətləşmələr keçirməyə çağırıblar.

“NATO tərəflərindən hansısa birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və təhlükəsizliyinə təhdid yaranarsa”, bu maddə işə salına bilər.

“Biz... Alyans boyunca müdafiəni gücləndirməkdən ötrü əlavə addımlar atmağa qərar vermişik”, – dörd ölkənin səfirləri deyiblər.

XS
SM
MD
LG