Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:05

Nikola Yurçeviçlə yollar ayrıldı...


N.Yurçeviç
N.Yurçeviç

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç vəzifəsindən azad edilib.

Bu barədə qərar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin bu gün, dekabrın 13-də keçirilən iclasında verilib.

Yerli saytların məlumatına görə, yığmanın AVRO-2020-nin seçmə mərhələsindəki çıxışını müzakirə edən Komitə üzvləri baş məşqçinin hesabatını dinləyib. Tsikli uğursuz sayan qurum bu ilin əvvəlindən yığmanı çalışdıran N.Yurçeviçin işini qeyri-qənaətbəxş hesab edib.

«Qarşılıqlı razılıq əsasında AFFA milli komandaya yeni baş məşqçi axtarışına başlamaq, Nikola Yurçeviç isə yeni iş yeri axtarışına başlamaq hüququna malikdir», -qərarda qeyd olunur.

Qərara, hələlik, N.Yurçeviçdən münasibət almaq mümkün olmayıb.

N.Yurçeviç elə bu ilin əvvəlində futbol üzrə Azərbaycan yığmasının sükanı arxasına keçirilmişdi. Amma Azərbaycan yığması AVRO-2020-nin seçmə mərhələsində 1 xalla qrup sonuncusu oldu. Futbol mütəxəssisləri xatırlayırlar ki, son 23 ildə Azərbaycan yığması seçmə mərhələlərdə belə az xal toplamamışdı.

M.Rüstəmli
M.Rüstəmli

«Bütün günahı baş məşqçinin üzərinə qoyurlar»

Futbol şərhçisi Mahir Rüstəmli AzadlıqRadiosuna deyib ki, əslində N.Yurçeviçlə müqavilənin müddəti 2020-ci ilin fevralında bitirdi: «Əl yeri qoyurlar ki, «sən get öz işinlə məşğul ol, biz də öz işimizlə məşğul olaq. Biz də danışıqlarımızı aparaq»».

M.Rüstəmli AFFA-nın bu qərarını ciddi qəbul etmir. «Faktiki Azərbaycan milli yığma komandasının məğlubiyyətlərinə görə bütün günahı baş məşqçinin üzərinə qoyurlar.


Amma N.Yurçeviçi bura dəvət edənlər var. Bunu AFFA Baş Katibliyi təqdim etmişdi. Belə çıxır ki, gətirdiyin baş məşqçinin potensialını öyrənmədən, yığmaya nəsə verib-verməyəcəyini müəyyən etmədən təqdim etmək olar. Təsdiq edirsən, sonra da seçmə mərhələni 1 xalla bitirib onu da istefaya göndərirsən. Bununla da bütün məsuliyyət, sadəcə, yığmanın baş məşqçisinin üzərində qalır. Amma bu qərarı qəbul edənlər, bu qərara görə məsuliyyət daşıyanlar sudan quru çıxdılar».

Bu dəyərləndirməyə AFFA rəhbərliyindən münasibət almaq cəhdləri nəticə verməyib.

XS
SM
MD
LG