Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:43

Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]


Erkən prezident seçkisi: Qəfil qərarın arxasında nə dayanır?
Gözlə

No media source currently available

0:00 0:14:43 0:00

Erkən prezident seçkisi: Qəfil qərarın arxasında nə dayanır? [A-Live]

Azərbaycanda prezident seçkisini nəzərdə tutulduğu kimi oktyabrda yox, apreldə keçirməkdə məqsəd nədir?

Söhbət etdiyimiz şərhçilərin əksəriyyəti bu qərarın arxasında duran səbəblər haqqında çoxsaylı versiyalar səsləndirir, konkret səbəb haqqında danışmağın hələlik mümkün olmadığını deyirlər.

Siyasi şərhçi, “Turan” agentliyinin direktoru, Mehman Əliyev deyir ki, ilk dəfədir ki, Azərbaycan seçkiləri iqtisadi böhran şəraitində keçirir və onun fikrincə, bu, erkən seçkilərin səbəblərindən biridir:

Buna da bax: Növbədənkənar prezident seçkisi elan edildi [yenilənib]

Mehman Əliyev
Mehman Əliyev

"Əslində, elektorat çox narazıdır. Bu gün Azərbaycan hakimiyyətinin daxilində də problemlər var. 1-ci xanım vitse-prezident təyin olunandan sonra da ziddiyyətlər hiss olunmağa başladı. Qərbin təzyiqi güclənib, Laundromat, Volonte məsələsi və s. Seçkilərin erkən keçirilməsi imkan vermir ki, cəmiyyətdə narazılıq arta bilsin. Qərb təşkilatları da iki ay ərzində hansısa formada seçkiyə nəzarət və müdaxilə edə bilmir”.

ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin sözçüsü Thomas Reimer, AzadlıqRadiosu-nun "indiki şərait seçkinin izlənməsinə necə təsir edəcək" sorğusuna cavabında deyib ki, onlar hələ ki, seçkini izləmək barədə dəvət almayıblar, odur ki, izləmənin hansı formatda keçiriləcəyini demək tezdir, amma bütün üzv ölkələrin ATƏT-i seçkiləri izləməyə dəvət etmək barədə öhdəliyi var, odur ki, belə bir dəvət gözləniləndir.

Buna da bax: 'Kompromisdən danışırlar'. Seçkiləri Qarabağ tezləşdirə bilərdi

Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər deyir ki, vaxtından əvvələ çəkilmiş seçkilərdə iştirak edib-etməmək barədə qərarı Müsavat partiyası verəcək və o da bu qərara müvafiq hərəkət edəcək. Onun sözlərinə görə, hakimiyyət ölkə daxilindəki narazılığın gücündən qorxaraq seçkinin tarixini qabağa çəkib.

İsa Qəmbər növbədənkənar prezident seçkisini belə şərh edir
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

İsa Qəmbər həm də Rusiya amilinin üzərində dayanır:

"Beynəlxalq birliyin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar rejimi zəiflədir. Zəif Putin isə postsovet məkanındakı avtoritar rejimlərə dəstək vermək imkanını itirir. O baxımdan oktyabrda İlham Əliyev Putin rejiminin də dəstəyini itirə bilər. Bütün bu amilləri nəzərə alaraq hakimiyyət seçkiləri irəli çəkmək və seçkiləri saxtalaşdıraraq hakimiyyəti əldə saxlamağa cəhd göstərir”.

Başqa bir siyasi şərhçi isə Rusiyanın ümumiyyətlə İlham Əliyev üçün təhlükəyə çevrilə biləcəyini iddia edir.

Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, burda ölkə daxilindəki iqtisadi amil səbəb ola bilməz, çünki neftin qiyməti qalxan xətt üzrə gedir, iqtisadi durum nisbi yaxşılaşacaq. O, bəzi şərhçilərin iddia etdiyi kimi hakimiyyət daxilində ciddi qarşıdurmanın olduğunu, bunun erkən seçkilərə səbəb olacağını düşünmür.

Buna da bax: 'Seçkiyə yolasalma' [karikatura]

Rauf Mirqədirov
Rauf Mirqədirov

Rauf Mirqədirovun fikrincə, səbəblərdən biri Rusiyadır. Belə ki, Rusiya iqtisadiyyatı ağır durumdadır, Putin, öz hakimiyyətinə ölkəsi daxilində dəstəyi artırmaq üçün Qafqazda sülh ritorikasını dəyişə bilər:

"Putin indi düşdüyü vəziyyətdən nə isə bir çıxış yolu tapmalıdır. Çıxış yolu nümayiş etdirməlidir ki, daxildə öz dəstəyini artırsın. Fikir vermisinizsə, 2008-ci il seçkilərindən sonra Gürcüstana müdaxilə baş verdi. Putinin, daxildə və xaricdə öz resursunu artırmağın yeganə yolu Rusiyanın böyüklüyünü nümayiş etdirməkdir".

Buna da bax: Seçki ilində Azərbaycan iqtisadiyyatını nə gözləyir? [video]

Rauf Mirqədirov deyir ki, Putinin manevrləri postsovet məkanında olacaq, amma bunun məhz Azərbaycan olacağını da demək tezdir. Onun fikrincə, Əliyev hakimiyyəti payızda, belə riskli dövrdə seçki keçirməkdənsə, payıza öz yerini möhkəmləndirib çıxmaq istəyir.

Prezidentin köməkçisi Əli Həsənov isə deyib ki, bu səbəblərin heç birindən danışmayıb, deyib ki, bu ilin mayından başlayaraq, ölkədə böyük yerli və beynəlxalq tədbirlər olacaq- məsələn, Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və başqaları.

Buna da bax: Əli Həsənov prezidentin sərəncamını şərh edib

Odur ki, seçkini tez keçirdilər. Əli Həsənov başqa səbəb də göstərib:

"Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur".

Biz Bakıda rastlaşdığımız sakinlərin də qəfil erkən prezident seçkisinə münasibətlərini öyrənməyə çalışmışıq. Sadə vətəndaşların izahlarını izləyək:

Bakı küçələrində növbədənkənar seçki müzakirəsi
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

2016-cı ildə keçirilmiş referendumla dövlət başçısı növbədənkənar prezident seçkisi təyin edə bilər. Həmin referendumun nəticəsinə görə, bundan sonra prezident öz kürsüsündə, beş il yox, yeddi il oturacaq.

Buna da bax: 2018-ci il Azərbaycan və Ermənistanda seçki ilidir [video]

Prezidentin qəfil erkən seçki qərarı bütün seçki prosedurlarını da sürətləndirməlidir. Namizədlərin irəli sürülməsi üçün toplantılar keçirilməsi, azı 60 seçki dairəsində imzaların toplanması, müşahidənin təşkili lazımdır. Bu proseslərin belə qısa vaxtda tələsik icra edilməsinin gerçək səbəblərini isə hələlik siyasi prosesləri çox yaxından izləyən ekspertlər belə qəti şəkildə söyləməkdə çətinlik çəkirlər.

XS
SM
MD
LG