Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:27

Pandemiyadan ölənlərin sayı 4 milyonu keçir


Moskvada metro
Moskvada metro

Asiyada və başqa yerlərdə ölkələr qadağalar tətbiq edir, zəngin ölkələr isə acılıma gedir

COVID-19 dünyada 4 milyondan çox insanın həyatına son qoyub. Məlumatı Dünya Səhiyyə Təşkilatı (DST) iyulun 7-də yayıb. Ancaq real sayın xeyli yüksək olduğu güman edilir.

Yüksək yoluxucu delta ştammı sürətlə yayıldıqca çoxsaylı ölkələrdə narahatedici epidemioloji trendlər özünü göstərir. Asiyada və başqa yerlərdə ölkələr qadağalar tətbiq edir, zəngin ölkələr isə acılıma gedir.

“Dünya pandemiyanın qorxulu məqamına çatıb”, – DST rəhbəri Tedros Adhanom Qebreyesus deyib.

Yaponiya

Yaponiyada koronavirusa qarşı əlavə tədbirlərin tətbiqi gözlənir. Olimpiya oyunlarına bir neçə həftə qalmış Tokioda fövqəladə vəziyyət elan oluna bilər.

Təşkilatçılar iyulun 8-9-da bir araya gələrək oyunlara izləyici buraxmamaq barədə qərar verməlidirlər. Atletlərin gəlişi və izləyici kütləsi yoluxmaları gücləndirə bilər. Xarici tamaşaçılar isə oyunlara buraxılmayacaq.

Nisbətən yüksək vaksinasiya göstəricilərinə baxmayaraq, Birləşmiş Ştatlarda da yoluxmalar sürətlə artır. Son yeddi günün ortalama yoluxma səviyyəsi 14 minə yaxın, yəni iki həftə öncəylə müqayisədə 21 faiz yüksək olub. Amma yenə də yoluxma həddi yanvardan xeyli aşağıdır. Onda günə ortalama 200 min yoluxma qeydə alınırdı.

Britaniyada yoluxmalar yanvardan bəri ilk dəfə olaraq 30 mini keçib. Hökumətsə iki həftə sonra bütün koronavirus qadağalarını qaldırmağı planlayır.

Yazda gündəlik yoluxmalar 5 mindən aşağı idi, amma delta variantı bu sayı artırır.

Avropa və Asiya

Almaniyada iki aydan çox davamlı azalmadan sonra COVID-19 yoluxmaları artır. Hazırda yoluxmaların üçdə ikisinə yaxını delta ştammının payına düşür.

Fransada yoluxmaların nisbətən az olmasına baxmayaraq, ötən həftədən 20 faiz artım var. Delta ştammının gənclər və peyvənd olunmayanlar arasında yayıldığı bildirilir. Amma günə 2 min 300-ə yaxın yoluxma mart-apreldəki 35 mindən xeyli azdır.

Meksikada aşkarlanmış 8 min 500-dən çox yoluxma fevraldan bəri ən yüksək rəqəmdir.

Cənubi Koreya da pandemiya başlanandan gündəlik yoluxmalarda ən böyük artım baş verdiyini bildirib.

Asiyanın digər yerlərində delta ştammı yayılır, xəstəxanalar dolur.

İndoneziyada 1040 ölüm təsdiqlənib və bu, pandemiyanın əvvəlindən ən böyük göstəricidir.

Xəstəxanaların çarpayı sayı, oksigen təchizatı tükənir, ağır xəstələrin çoxu evdə qalmalı olur.

XS
SM
MD
LG