Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 06:52

Polşa lideri Avropa İttifaqı üzvlərinə daha çox müstəqillik istəyir


Mateusz Morawiecki
Mateusz Morawiecki

Polşanın baş naziri Avropa İttifaqını son 15 ildə şərq və qərbə bölən məsələlərdən danışarkən deyib ki, Mərkəzi Avropa ölkələri ittifaq daxilində üzvlərə daha çox suverenlik verilməsini istəyirlər.

Baş nazir Mateusz Morawiecki mayın 1-də Mərkəzi Avropa ölkələrinin Avropa İttifaqına qoşulmasının 15-ci ildönümünə həsr edilmiş yığıncaqda deyib ki, İttifaq inteqrasiyaya ehtiyac olmayan məsələlərdə üzv ölkələrə daha çox müstəqillik verməlidir:

"Biz bunu Mərkəzi Avropanın həmrəy səsi ilə deyirik”.

Varşavada keçirilən mərasimdə Polşa, Estoniya, Çex Respublikası, Macarıstan, Latviya, Litva, Slovakiya, Sloveniya, Kipr və Maltanın 2004-cü il mayın1-də Avropa İttifaqına üzv olmasının 15-ci ildönümü qeyd edilirdi. Bu, hadisə İttifaqın bir dəfəyə ən böyük genişlənməsi olmuşdu.

Lakin Varşavanın Kral Qəsrində keçirilən bu mərasimdə Avropa İttifaqına sonrakı illərdə qoşulmuş Bolqarıstan, Rumıniya və Xorvatiyanın liderləri də iştirak edirdilər.

Aprelin 30-da dərc edilmiş “Polşanın Avropa baxışı” adlı rəy sənədində Morawiecki bildirir ki, Avropa İttifaqı özünün inteqrasiyaya canatımında demokratiyaya ziyan vurmuş olur.

O inteqrasiyaya belə yanaşmanı “təhlükəli yanılma” adlandırır.

Morawiecki habelə bildirir ki, o Avropa İttifaqı daxilində spesifik siyasət sahələrində bəzi dövlətlərin daha dərin əməkdaşlıq qruplarını yaratması əleyhinədir.

Korrupsiya və qanunun aliliyi

Avropa İttifaqının Mərkəzi və Şərqi Avropadakı bir çox üzvləri Brüsselin onların miqrasiya, daxili korrupsiya və qanunun aliliyi kimi məsələlərinə qarışmasının əleyhinədirlər.

Avopa İttifaqı bu yaxınlarda Polşanın ədliyyə sistemində hakimiyyət və qanunun aliliyini bir-birindən ayıran islahatlara görə Varşavaya qarşı hüquqi hərəkətlərə başlayıb.

Avropa İttifaqı habelə Rumıniya və Macarıstanı qanunun aliliyinin zəifləməsinə görə tənqid edir.

Lakin Morawiecki öz sözləri ilə deyilsə, ikili standartların əleyhinə çıxır.

O deyir ki, Avropa İttifaqının üzv ölkələrin başqa yerlərdə etiraza səbəb olmayan təsisatlarını tənqid etməsi yolverilməzdir.

Dəstək fikir ayrılığından böyükdür

Lakin belə fikir ixtilaflarına baxmayaraq regiondakı əsas hakim partiyalar Avropa İttifaqı üzvlüyünə dəstək verirlər və ittifaqdan çıxmaq prosesində olan Britaniyadan nümunə götürmək niyyətində deyillər.

Rumıniyanın baş naziri, xanım Viorica Dancila deyib ki, Avropa İttifaqı onun ölkəsində yaşayış standartlarının yüksəlməsində həlledici rol oynayıb və ittifaqdaxili fikir ayrılıqları birgə qərarlar və əməkdaşlıqla aradan qaldırılmalıdır.

Avropa Şurasının prezidenti və Polşanın keçmiş baş naziri Donald Tusk Twitter-də yazıb ki, 2004-cü ildən əvvəlki vaxtlarda “Avropa bizim üçün həqiqətən də azadlığın, yüksək həyat standartlarının, firavanlığın, müasirliyin və təhlükəsizliyin rəmzi idi və biz bu üzvlükdən heç vaxt peşman olmamışıq”.

XS
SM
MD
LG