Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:51

Qarabağdakı 'seçkilər'ə beynəlxalq reaksiyalar


Dünən, sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni icmasının keçirdiyi “prezident seçkilərini”-nin ardından çox sayda ölkə bəyanat yayaraq münasibət bildirib.

Aİ rəsmisidən açıqlama

Avropa İttifaqının xarici məsələlər üzrə sözçüsü Nabila Massrali qeyd edib ki, “sentyabrın 9-u Xankəndində keçirilən sözdə seçkiləri nəzərə alaraq, Avropa İttifaqı seçkilərin keçirildiyi konstitusion və hüquqi çərçivəni tanımadığını bir daha bəyan edir”.

Aİ həmçinin Qarabağ ermənilərinin rəsmi Bakı ilə nəticəyönümlü müzakirələr aparmağa qadir olan və buna hazır olan liderlik ətrafında birləşməsinin vacib olduğunu və bu prosesi dəstəkləməyə sadiq olduğunu bildirib.


Türkiyə XİN-dən bəyənat

Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq Azərbaycan və Ermənistanın sülh danışıqlarını davam etdirməyə çalışdığı bir dövrdə keçirilən “seçkini” pislədiyini və bunun sülh prosesinə zərbə vurduğunu bildirib.

Türkiyə BMT və beynəlxalq ictimaiyyəti “qeyri-legitim seçkini” tanımamağa çağırıb, habelə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəklədiyini, tezliklə davamlı sülh sazişinin imzalanmasının regionda sülh və sabitliyə böyük töhfə verəcəyinə inandığını vurğulayıb.


Britaniya, Ukrayna, Pakistan və digərləri..

Böyük Britaniya Azərbaycandakı səfiri Fergus Auld X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.

Ukrayna Xarici İşlər Nazirliyi də sentyabrın 9-da Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkilərini” pisləyib.

Pakistan XİN də Azərbaycanın Qarabağ bölgəsində qondarma rejimin keçirdiyi "prezident seçkisini" pisləyib.


Azadlıq Radiosu xatırladır ki, sentyabrın 9-da Qarabağda tanınmayan qurumun “parlamenti” Samvel Şahramanyanı “prezident” seçib.

Azərbaycan Xarici İşlər Nazirliyi sentyabrın 8-də yaydığı açıqlamada 'prezident seçkisi'ni təxribat adlandırıb.


XS
SM
MD
LG