Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:44
Donald Trump
Donald Trump

Obama hakimiyyətin Trumpa ötürülməsinə göstəriş verib

Amerika Birləşmiş Ştatları noyabrın 8-də 45-ci prezidentini seçir. Bu seçkinin əsas anları ləngimədən, bütün detalları ilə AzadlıqRadiosu-nda.

09:30 9.11.2016
Nyu-Hempşirdə səsvermə
Nyu-Hempşirdə səsvermə

50 ştatdan 49-unda səsvermə başa çatıb

ABŞ-ın 50 ştatından 49-da səsvermə başa çatıb.

Nəticələr Trump-ın xeyli irəlidə olduğunu göstərir.

Trump-ın ən böyük qələbəsi Ohayo, Şimali Karolina və Floridada səslərin çoxunu əldə etməsi olub.

Clinton Nyu-York, İllinoys və Virciniya, sonra isə Yeni Meksika və Kolorado kimi əhəmiyyətli ştatlarda qələbə qazansa da, Trump-a yaxınlaşa bilməyib.

Clinton Pensilvaniyada nəticələri həyəcanla izləyir. Müşahidəçilər onun Pensilvaniyada da geri qalacağını güman edirlər.

Yalnız Alyaskada səsvermə hələ davam edir.

09:03 9.11.2016

Konqres respublikaçılarda qalır

Konqresin yuxarı palatasında-Senatda üstünlüyü əldə etməyə çalışan demokratlar bura hələ ki, bir yer qazana biliblər. Respublikaçılar nəzarəti əldə saxlamaq üçün ciddi mübarizə aparırlar.

Respublikaçı senator Mark Kirk-in demokrat Tammy Ducksworth-a uduzması nəticəsində demokratların 100 yerlik palatada üstünlüyü əldə etməsinə cəmi 4 yer qalıb.

Səsvermənin yekun nəticələri hələ elan olunmayıb. Amma ABŞ-ın ən böyük telekanalları ABC və NBC respublikaçıların irəlidə olduğunu, Nümayəndələr Palatasında üstünlüyü əldə saxlayacaqlarını xəbər verirlər.

Hazırda respublikaçılar Konqresin hər iki palatasında üstündürlər. Amma Senatda tərəflər arasında fərq çox azdır. Respublikaçılar Pensilvaniya, Şimali Karolina, Florida və Nyu- Hempşirdə yerlərini qoruyub saxlaya biliblər.

Bütün bunlar yeni prezidentin də Konqresdə üstünlük təşkil edən respublikaçılarla işləyəcəyini göstərir. Demokrat prezident Barack Obama 6 ildən çoxdur ona rəqib qanunverici orqanla fəaliyyət göstərir.

08:33 9.11.2016

Seçkinin ilkin nəticələrinin elanı, təhlillər, operativ məlumatlar - currenttime.tv-də canlı yayımlanır Verilişi rus dilində burada izləyin:

08:24 9.11.2016

Florida Trampı seçir - Klintonun şansları azalır

29 elektoral səslə Florida Trampı dəstəkləyən ştatların sırasına qoşuldu. Klintonun şansları hələ də yüksək olsa da, növbəti bir neçə ştatdan gələcək nəticələr seçkinin taleyini həll edə bilər.

Hazırda Donald Tramp hələ də irəlidədir.

Davamı

XS
SM
MD
LG