Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:22

ABŞ Senatında Azərbaycan rəsmilərinə qarşı sanksiyalar təklifi verildi


Senator Dick Durbin
Senator Dick Durbin

ABŞ Senatoru Riçard Durbin-in bu gün, sentyabrın 7-si Mehman Əliyevin həbsində iştirakı olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar barədə düzəliş təqdim etdiyi bildirilir.

Bu barədə “Amerikanın səs”i xəbər yayıb.

Xəbərdə bildirilir ki, senatorun təqdim etdiyi düzəliş Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edir.

Düzəliş Dövlət Katibindən rica edir ki, sanksiyaların tətbiq olunacağı Azərbaycan rəsmilərini müəyyən etsin.

Düzəliş 2018-ci büdcə ilindən ötrü Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında təqdim olunub. Hazırda onu Vaşinqtonda komitə heyəti nəzərdən keçirir.

İllinois ştatını təmsil edən Demokrat Senator Durbin 1997-ci ildən bəri Senatda xidmət edir.

İnsan haqlarının müdafiəçisi kimi tanınan Senator Durbin Demokrat Partiyasının Konqresdəki təmsiloçilərindəndir.

Bu da qeyd edilməlidir ki, belə bir düzəliş təklifindən əvvəl də senator Durbin Azərbaycanda mətbuat üzərinə hücumlarla əlaqədar kəskin çıxışlar edib.

O 2015-ci ilin oktyabrında Azərbaycan prezidentini "öz xalqına qarşı avtoritar hərəkətləri davam etdiməklə, Qərblə olan bağlarını bundan o yana təhlükəyə atmamağa" çağırmışdı.

Dick Durbin həmin vaxt AzadlıqRadiosuna verdiyi müsahibədə Azərbaycanda yüzə yaxın siyasi məhbusun olduğunu bildirmişdi.

Xatırlatma

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də “Turan” Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub. Turan İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədirlər.

Beynəlxalq təşkilatlar M. Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

XS
SM
MD
LG