Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:54

Sosial media şirkətləri intihar postları ilə bağlı nə edir?


Çikaqolu repçi CupcakKe bu ilin yanvarında Twitterdə özünün intihara meylli olduğunu yazmaqla həyəcan doğurmuşdu. Xoşbəxtlikdən 21 yaşlı musiqiçinin izləyiciləri bu tviti tez görüb mesajları ilə onu dəstəkləmiş, bu işlə məşğul qurumlar reaksiya vermişdi. Növbəti gün yazdığı tvitdə repçi onlara təşəkkür etmiş, “nəhayət ki, ona gərəkən köməyi almağa başladığını” bildirmişdi.

https://www.theguardian.com/society/2019/jan/10/cupcakke-hospitalised-twitter-social-media-suicidal-posts

Ötən ilin dekabrında “Saturday Night Live” şousunun iştirakçılarından biri olan Pete Davidsonun Instagram-da paylaşdığı oxşar mesaja da dərhal reaksiya verilmişdi.

Həyatı internetdə keçən insanlar

Tanınmış adamlarla bağlı yaşanan bu hallar maraqlı bir sual doğurur: sosial media şirkətləri hər hansı şəxsin özünə mümkün təhlükə haqda postlarına necə reaksiya verir?

Aparılan tədqiqatlar sosial media ilə gənclərin beyin sağlamlığının pisləşməsi arasında əlaqələri üzə çıxarıb. Sosial medianın hətta ABŞ-da yeniyetmələr arasında intihar hallarının artmasına səbəb olduğu bildirilir. Ancaq ruhi sağlamlıq təşkilatları deyirlər ki, insanlar sosial mediada get-gedə daha çox vaxt sərf etdiyindən bu platformalardan kömək yeri kimi istifadə halları da artır.

“İnsanlar öz həyatlarını internetdə sürürlər və bu onların ruhi sağlamlığına da aiddir”, - Save (Suicide Awareness Voices of Education) təşkilatının icraçı direktoru doktor Daniel J Reidenberg “The Guardian”a deyib. Onun sözlərinə görə, insanların intihar haqda fikirlərinin internetdə paylaşması hallarının tezliyi “çox artıb”.

Müxtəlif texnologiya şirkətlərinin potensial risk altında olan istifadəçilər haqda məlumat vermə protokolu bir-birindən fərqlənir. Tvitter, Facebook və Instagram-ın bir-birindən azacıq fərqlənən müraciət mexanizmləri var.

Twitter-də özünə ziyan vurma haqda müraciət formalarını dəyərləndirən komanda çalışır. Söhbət hər hansı şəxsin ruhi sağlamlığından narahat insanların göndərdiyi formalardan gedir. Bu komanda sonradan “haqqında müraciət daxil olmuş istifadəçi ilə əlaqə saxlayıb ona görə narahat bir şəxsin onun risk altında olduğunu bildirdiyini” yazır. Şirkətin bloqunda belə deyilir. Twitter komandası daha sonra “haqqında müraciət daxil olan istifadəçiyə uyğun onlayn və qaynar xətt resurslarını ötürərək təcili kömək üçün müraciət etməyə çağırır”.

“Bizim prioritetimiz xidmətimizin sağlam, təhqir və başqalarının açıq danışmaqdan qorxmasına, yaxud özlərini həssas vəziyyətlərə salmasına yol açan digər kontent növlərindən uzaq olmasını təmin etməkdir”, – Twitterin əməkdaşı “The Guardian”a deyib.

Süni zəkanın köməyi

Facebook-un protokolu isə post, şərh və videolardakı intihar riskini yoxlamaq üçün süni zəkadan (AI) istifadə edir. Özünə xəsarət, yaxud özünü öldürməni nəzərdə tutan kontenti Facebook işçiləri nəzərdən keçirir. Bundan başqa, istifadəçilərin göndərdiyi müraciətlər süni zəkanın köməyilə prioritetləşdirilir və əməliyyat komandası tərəfindən araşdırılır. Bu komandaya intihar və özünə xəsarət üzrə ixtisaslaşmış mütəxəssislər daxildir.

Bu sosial şəbəkə intihar haqda fikirlər ifadə etmiş insanları dostları ilə əlaqə saxlamağa çağırır və hətta onlara söhbətə başlamaq üçün hansı sözlərdən istifadə edə biləcəklərini də deyir.

Facebook “potensial risk, yaxud xəsarət” aşkarladıqda onun ilkin yardım təlimi almış xüsusi komandası vəziyyəti araşdırıb istifadəçini “müayinəyə” göndərməyin vacib olub-olmadığını dəyərləndirir. Platforma bu üsula tez-tez müraciət etmir: Facebook-un 2,2 milyard istifadəçisi arasında bu il bütün dünyada yalnız 3500 istifadəçiyə ilkin yardım üçün süni zəkadan istifadə olunub.

“Facebook və Instagram bu platformalardakı insanlar arasındakı dostluğa görə kömək edə bilmək üçün unikal mövqeyə malikdir. Biz çətinlik yaşayan insanları onları dəstəkləyə biləcək dostları ilə (və qurumlarla) əlaqələndirə bilirik”, – Facebook və Instagram-ın sözçüsü deyir.

Facebook-un nəzarətində olan Instagram-ın da belə müraciətləri nəzərdən keçirərək onlara reaksiya verən komandaları var. Bundan başqa, platformanın xüsusi dəstək səhifəsi də var. Özünə xəsarətlə bağlı heşteqlər axtaran istifadəçilər bu səhifəyə yönləndirilir.

XS
SM
MD
LG