Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 08:41

Vergi cinayətləri necə araşdırılır. 'Kiçik və orta sahibkarın 4-5 min vergi borcu olan kimi...'


Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində kollegiya iclası. 2015
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində kollegiya iclası. 2015

Rəsmi məlumata görə, 2023-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmaları artıb. Bu dövrdə dövlət büdcəsinə 9 milyard 181.4 milyon manat həcmində vergi daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə vergi daxilolmaları 41.6 faiz və ya 2.7 milyard manat artıb. Buna baxmayaraq, vergidən yayınma halları da olub. Bu ilin birinci yarısında vergidən yayınma faktları üzrə 268 cinayət işi başlanılıb: "Əvvəlki ildən qalmış işlər də nəzərə alınmaqla, 80 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, 42 cinayət işinin icraatına xitam verilib, 47 nəfər barəsində ittiham elan edilməklə 38 cinayət işi məhkəməyə göndərilib, iki nəfər təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib".

Altı ay ərzində ümumilikdə 21 milyon 288.5 min manat məbləğində ziyanın büdcəyə ödətdirilməsi təmin edilib.

"Dövlət büdcəsinin hesabına silinməsinin şahidi olduq"

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna bildirib ki, vergi borcu 2 min manatı keçdikdən sonra müvafiq maddələrə uyğun hüquqi prosedurlar başlayır. Vergi ödəmək üçün bir zaman da tanınır ki, bu zaman ərzində şəxs vergi borcunu bağlasın. Bu zaman bitəndən sonra cinayət təqibi başlanır: "Kiçik və orta sahibkarın 4-5 min vergi borcu olan kimi onlara qarşı çox kəskin addımlar atılır. Amma zaman-zaman dövlət şirkətlərinin, holdinqlərin milyonlarla vergi borcunun olmasını hətta rəsmi xəbərlərdə etiraf etsələr də, onlara qarşı bu münasibəti görmürük. Bugünə qədər hansı dövlət şirkətinin rəhbəri vergi borcu yığıldığına görə məsuliyyətə cəlb olunub?".

İqtisadçının sözlərinə görə, cəzasızlıq məsuliyyətsizlik yaradır: "Zaman-zaman dövlət şirkətlərinin vergi borclarının yığılmasının və dövlət büdcəsinin hesabına silinməsinin şahidi olduq. Bu, onların rəhbərliyində arxayınlıq yaradır ki, bu, yenə baş verəcək və onlar məsuliyyətə cəlb edilməyəcək".

Cəfərli Azərbaycan reallığında iri şirkətlərin hamısının məmurlara bağlı olduğunu, onların da kreslolara arxayın olaraq vergi borclarından ciddi narahatlıq keçirmədiyini bildirir.

XS
SM
MD
LG