Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:43

'Dedilər, bu gecə traktorlar gəlir, bir-iki günə polis gələcək'-Söküntü


'Xruşşovka' sakinləri etiraza qalxır
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

'Xruşşovka' sakinləri etiraza qalxır

«Bizə kömək edin. Gecəylə gətirib binanın ətrafına ağır texnikalar yığdılar. Dedilər, «binadan çıxsanız da, çıxmasanız da, bir-iki günə bina söküləcək»».

Bunu AzadlıqRadiosuna Şərifzadə küçəsindəki 162 saylı binanın sakini Göyçək Əzizova deyir.

«BU BİNA MÖHKƏMDİR»

Sentyabrın 18-dən 19-na keçən gecə binanın ətrafına buldozerlər və traktorlar gətirilib. Bu vəziyyət sakinlərin təşvişini birə-beş artırıb.

Beş aya yaxındır ki, hökumət nümayəndələri bu binadakı sakinlərə söküntü xəbəri veriblər. Lakin sakinlər binanın qəzalı olmadığını israrla bildirirlər.

Bir müddət əvvəl «Qismət-M Construction» şirkəti binanı hasara almışdı. Sakinlərin etirazından sonra hasar yığışdırılsa da, söküntü qərarı qüvvəsində qalıb.

***Buna da bax-Dörd binanın sakini İlham Əliyevdən cavab gözləyir

Sakinlərin sözlərinə görə, Yasamal rayonunda söküntü layihəsinə cəmi 18 qəzalı bina salınıb. Ancaq görünən odur ki, məmurlar qəzalı binaları kənara qoyub, onlara daha çox pul qazanmaq imkanı yaradan ərazilərdəki möhkəm binaları sökmək fikrinə düşüblər. 162 saylı binanın sakinləri bildirirlər ki, məhz bu bina möhkəmdir və sökülməsinə ehtiyac yoxdur.

«EVİMİZİN İÇİNDƏ BİZİ HƏDƏLƏYİRLƏR»

Bina sakini Rahib Məmmədov:

«Bu beşmərtəbəli daş binalar heç vaxt təmir olunmasa da, istinad divarları çox möhkəmdir. Bizim binanın adı heç vaxt qəzalı binaların siyahısında olmayıb. Qəfil o siyahıya necə düşdü, bilmirik. Binaların həyətində 300-dən çox ağac, gül kolları var. Biz bu gözəllikləri illərlə çalışaraq yaratmışıq. İndi traktorları, buldozerləri gətiriblər ki, «çıxın, yoxsa zorla çıxaracağıq». Özü də gündüzlər binaya yaxın düşə bilmirlər deyə, işlərini gecəylə görürlər. Gecə hamı həyətə tökülmüşdü, texnikaları həyətə buraxmırdıq. Dedilər, «bir-iki gün də gözləyin, evlərinizdən də polis gücüylə çıxarılacaqsız». Bunlar nə hədələrdir? Biz mülkiyyətçiyik, öz evimizdə oturmuşuq və evimizin içində bizi hədələyirlər».

***Buna da bax-Yasamal sakinləri: 'İlham Əliyev dovşana qaç, tazıya tut deyir'

Bu ilin iyulunda bu binanın sakinləriylə «SKY Residence» MMC nümayəndələri arasında qarşıdurma olub. Həmin vaxt sakinlər «Qaynar xətt»ə bildirmişdilər ki, onlar nəinki sökülməyə, heç təmir-bərpaya da ehtiyacı olmayan binanın sökülməsini işbazların fırıldağı hesab edirlər və bu oyunların qurbanına çevrilmək istəmirlər.

Avqustun sonunda isə onlar ölkə başçısı İlham Əliyevə söküntünün qarşısını alması üçün müraciət ediblər. Lakin yüzlərlə sakin müraciətə cavab gözlədiyi halda, icra hakimiyyətinin başçısı əvəzinə traktor və buldozerlər göndərib...

«ORDA İŞ BAŞLAMALIDIR»

Yasamal Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, sakinlərə evlərini tərk etmək və kirayələrə köçməklə bağlı verilən müddət başa çatıb:

***Buna da bax-'Xruşşovka'ların yerində 20-30 mərtəbəli binalar tikiləcək

«Ancaq sakinlər evlərindən çıxmamaqla ümumi işin zərərinə hərəkət edirlər. Qısa müddətdən sonra təmirli, şəraitli, rahat evlərdə yaşayacaqlar. Ortada müqavilə var, dövlət var... Polislə hədələnmə olmayıb, sadəcə xəbərdarlıq olunub ki, tezliklə evləri tərk etmək lazımdır. Orda iş başlamalıdır».

Qurumdan bildirilib ki, Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şərifzadə küçəsindəki bir neçə beşmərtəbəli binanın sökülməsi ilə bağlı 22 iyun 2017-ci il tarixli, 195 saylı sərəncam imzalayıb. Bu binalar həqiqətən də qəzalıdır və sökülməsi zəruridir. Layihəyə uyğun olaraq, sakinlərə müvəqqəti məskunlaşmağa kirayəpulu təklif olunur. Bina və mənzillər hazır olduqdan sonra sakinlər öz evlərinə qayıdacaqlar.

2015-ci ilin dekabrı və 2016-cı ilin sentyabrında keçmiş icra başçısı İbrahim Mehdiyevin rəhbərliyi ilə Yasamal rayonunun başqa ərazilərində də söküntü işləri aparılıb, sakinlər məcburi kirayə evlərə köçürülüblər. Onlara 1 il 6 ay ərzində inşa olunacaq yeni binalardan mənzillər vəd edilsə də, «Qaynar xətt»ə bildiriblər ki, tikintilərin heç yarısı da həyata keçirilməyib.

XS
SM
MD
LG