Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:34

Bayramlara qarşı ayrı-seçkilik varmı?


Aqil Abbas
Aqil Abbas
«Müxalifət «İstiqlaliyyət» abidəsinin önünə bir yerdə getməyib».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında deputat Aqil Abbas söyləyib. Bayramlar arasında ayrı seçkilik salmağın tərəfdarı olmadığını söyləyən Aqil Abbas «28 May»ı millətin bayramı adlandırıb. Deputat bildirib ki, bunu hamı bir yerdə qeyd etməlidir:

«28 May» mənim üçüm Novruz bayramından da müqəddəs bayramdır».

«İstiqlaliyyət abidəsinin önündə M. Ə. Rəsulzadənin adı niyə yazılmayıb» –sualına cavab verən Aqil Abbas bunu kobud səhv adlandırıb».

Deputat Nəsib Nəsibli isə bayramı daha artıq təmtəraqlı keçirilməsini arzu etdiyini deyib.

Ayrı-seçkilik məsələsinə gəldikdə isə deputat ayrı-ayrı siyasi qüvvələrin bu bayrama və şəxsiyyətlərə fərqli yanaşmaların olduğunu bildirib. Nəsib Nəsiblinin sözlərinə görə, hazırkı hakimiyyət M. Ə. Rəsulzadə və onun dövlətçilik üçün gördüyü işlərə qısqanclıqla yanaşır.

«İndiki Azərbaycan sovet Azərbaycanına geri qayıdır».

Deputat Asim Mollazadə isə «hakimiyyətin bayramlara və şəxsiyyətlərə qısqanclıqla yanaşır» fikri ilə razılaşmadığını deyib.



HƏMÇİNİN OXU:

CÜMHURİYYƏTİN 92-Cİ İLDÖNÜMÜNÜ KİM NECƏ QEYD ETDİ?
XS
SM
MD
LG