Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:50

ALP seçkiyə VİP-lə gedir


Azərbaycan Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyası da seçkiyə birgə gedir. İki partiya arasında belə bir qərar avqustun 25-də qəbul olunub. Partiyalar hələ ki birləşdirkləri seçki blokunun adını açıqlamırlar.

ALP-nin sədr əvəzi Əvəz Temirxanın AzadlıqRadiosuna verdiyi məlumata görə, iki partiya artıq 70-dən çox seçki dairəsində birgə namizədlərin irəli sürülməsi ilə bağlı razıllığa gəlib.

«Biz bütün dairələrdə razılığa gəlməyə çalışacağır və biz hər hansı dairədən iki namizədlə seçkiyə qatılmayacağıq», - deyə Əvəz Temirxan bildirib.

Hələ ki seçkiyə birgə getməklə bağlı partiyalar iki-iki birləşir. Ötən gün həm də Ümid Partiyası ilə Azərbaycan Demokrat partiyası (ADP) «Qarabağ» Seçki bloku adlı altında birgə seçkiyə qatılmaq barədə qərar qəbul edib. Bu iki partiya indiyə qədər birgə namizədlərlə bağlı 91 dairə seçki komissiyasında razılığa gəliblər və daha 20 dairədə belə bir addımın atılması ilə bağlı iş gedir.

Bundan əvvəl AXCP ilə Müsavat partiyası da seçkiyə birgə namizədlər irəli sürülməsilə bağlı razılıq əldə ediblər. İndiyə qədər iki partiya 77 dairədə razılığa gəlib. AXCP sədrinin müavinin Fuad Qəhrəmanlının AzadlıqRadiosuna dediyinə görə, qalan dairələrdə razılıq əldə olunandan sonra seçki blokun adını açıqlayacaqlar.
XS
SM
MD
LG