Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:39

«Eurovision–2012»nin təşkilinə Mehriban Əliyeva rəhbərlik edəcək


Mayın 19-da prezident İlham Əliyev «Eurovision–2012» mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, «Eurovision–2012» mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı yaradılacaq təşkilat komitəsinə prezidentin xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyeva sədrlik edəcək.

Təşkilat Komitəsinə 6 nazir, Bakı şəhər icra hakimiyyətinin başçısı, İctimai TV-nin baş direktoru, bir neçə dövlət qurumlarının prezidentləri və digər rəsmi şəxslər üzv seçilib.

ABDULLAH GÜL VƏ RƏCƏB TAYYİB ƏRDOĞAN İLHAM ƏLİYEVİ TƏBİRK EDİB

Türkiyənin prezidenti Abdulah Gül və baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycanın «Eurovision- 2011» mahnı müsabiqəsindəki qələbəsi ilə bağlı prezident İlham Əliyevi təbrik ediblər.

Türkiyə prezidenti İlham Əliyevə ünvanladığı məktubda, baş nazir isə telefon danışığında Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş «Eurovision-2011» müsabiqəsində qazandıqları qələbənin Türkiyədə çox böyük sevinclə qarşılandığını vurğulayıblar.

İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Təyyub Ərdoğan arasındakı telefon danışığında tərəflər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı «Eurovision» mahnı müsabiqəsində Azərbaycan 25 ölkə arasında birinci olub. Azərbaycanı mahnı müsabiqəsində Ell & Nikki cütlüyü «Running scared» mahnısıyla təmsil ediblər.
XS
SM
MD
LG