Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:37

Nils Muiznieks: «Leyla Yunus yarım saatlıq görüşdə ancaq ağladı»


Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks
Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks

-

«Avropa Şurasına sədrlik edən ölkələrin çoxu bu zaman kəsimindən demokratik nüfuzunun təbliği üçün yararlanıb. Ancaq Azərbaycan sədrliyi dövründə hüquq müdafiəçilərinə görünməmiş təzyiqlərlə tarixə düşəcək». Bunu Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks Bakıya oktyabr səfərini facebook sosial şəbəkəsində şərh edərkən yazır. Council of Europe Commissioner for Human Rights «Azərbaycandakı bütün tərəfdaşlarım həbsdədir… Bilmirəm kataraktdan, yoxsa emosional durumuna görə, Leyla Yunus yarım saatlıq görüşdə ancaq ağladı,» Muiznieks yazır.

«İNTİQAM AZ QALA YIXILDI»

İnsan haqları komissarı daha sonra vurğulayır ki, Leyla YunusArif Yunus Ermənistandakı həmkarları ilə dialoq aparan cəsarətli fəallardır. Hər ikisi casusluqda ittiham olunur.

Muiznieks daha sonra hüquqşünas İntiqam Əliyevlə görüşünü təsvir edir. «Hakimiyyət onun bütün sənədlərini, eləcə də Avropa İnsan Haqları Məhkəməsinə gedən sənədləri müsadirə edib. Hüquqşünas deyir ki, sanki ayağının altından palazı çəkiblər. Hüquqşünas Avropa Məhkəməsinə işləri necə aparacağını, yaxud özünü necə müdafiə edəcəyini bilmir. Azərbaycanı tərk etdiyim gün, onun həbs-qətimkan tədbiri daha 3 ay uzadılıb. Hakim qərarı elan edəndə, İntiqam az qala yıxıldı».

MƏHBUSLAR ARASINDA QHT YARATMAQ İDEYASI

Nils Muzinieks hüquq müdafiəçiləri Anar Məmmədli Rəsul Cəfərovla görüşlərindən bəhs edir:

«Anar həbsxanada vaxtının çoxunu idmanla məşğul olur, politologiya, fəlsəfə və tarix kitabları oxuyur. O, Avropa Şurasının Azərbaycanda QHT-lərə hüquqi dəstək işinə həbsxanadan necə töhfə verə biləcəyi ilə maraqlanırdı».

«Rəsul Cəfərovla görüşdə ürəkləndim... O, QHT qanununu pozmaqda ittiham olunsa da, sağollaşanda dedi ki, məhbuslar arasında insan haqları QHT-si yaratmağı planlaşdırır».

KOMİSSAR BAKIDA EMİN HÜSEYNOVLA GÖRÜŞÜB

«Tərəfdaşlarımın çoxu həbsdədir, digərləri insan haqları işini dayandırıb, ölkəni tərk edib, yaxud gizlənib. Gizlənən fəallardan biri, Emin Hüseynovla görüşdüm. Eminin 35 yaşı olmasına baxmayaraq, yüksək qan təzyiqi var, onurğasını illər öncə «razılaşdırılmamış» aksiyada polis dəyənəyi zədələyib. Onu müayinə edən həkimlər həbsxanada dözməyəcəyini deyirlər».

«Onlar Azərbaycanda həbsdə, yaxud təzyiq altında olan fəallardan və jurnalistlərdən bir qismidir. Onlar Avropa Şurasının əsas tərəfdaşlarıdır. Avropa Şurasının ölkədəki əsas dostları və tərəfdaşları hədəfə alınıb. Bu, məni çox ağrıdır, ancaq Azərbaycanla Avropa Şurası arasında praktik əməkdaşlığı həddən artıq çətinləşdirir. Repressiyalar dayandırılmalıdır. İndi», Nil Muiznieks səfər qeydlərini belə yekunlaşdırır.

XS
SM
MD
LG