Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:33

Britaniya münaqişə zonalarında atəşkəs təklif edir


Rumıniyada vaksinasiya
Rumıniyada vaksinasiya

ABŞ-da yoluxmalarda səngiməyə baxmayaraq, səhiyyə ekspertləri sosial məsafə, maskadan istifadə qaydalarına əməl etməyə çağırırlar

Britaniya münaqişə zonalarında adamların COVID-19-a qarşı peyvənd olunması üçün müvəqqəti atəşkəs təklif edir. Bu təklif BMT-yə təqdim olunacaq qətnamədə irəli sürülür.

Xarici işlər naziri Dominik Raab fevralın 17-də BMT-nin Təhlükəsizlik Şurasının virtual iclasında sədrlik edəcək. İclasda qətnamə, Yəmən, Cənubi Sudan, Somali və Efiopiya kimi qeyri-sabit, münaqişə ərazilərində yaşayan 160 milyondan çox insanın üzləşdiyi təhdid müzakirə olunacaq.

Raab deyib ki, qətnamədə bütün dünyada vaksinlərə “bərabər çıxış” tələb edəcək.

“Koronavirusa qalib gəlməkdən ötrü qlobal vaksinasiya vacibdir. Bizim hərəkətə keçmək kimi mənəvi borcumuz var, virusu məhv etmək strateji zərurətdir”, – o, bəyanatında deyib.

Yoluxmalar səngisə də...

Britaniyanın BMT-dəki səfiri Barbara Vudvord deyib ki, qətnamənin icrası bir çox səviyyələrdə çətin olacaq.

Təhlükəsizlik Şurasının üzvləri Çin və Rusiya daxil olmaqla bir sıra ölkələr vaksin diplomatiyası təşəbbüsləri başladıblar, öz vaksinlərini təbliğ edirlər.

Vaksinasiya davam etdikcə dünyanın bəzi yerlərində pandemiya da tədricən səngiyir. Fevralın 16-da Birləşmiş Ştatlarda oktyabrın sonundan bəri ilk dəfə ən aşağı göstərici qeydə alınıb. İspaniyada iki həftəlik yoluxma səviyyəsi yanvarın sonundakı statistikanın üçdə birinə düşüb.

ABŞ-da yoluxmalarda səngiməyə baxmayaraq, səhiyyə ekspertləri sosial məsafə, maskadan istifadə qaydalarına əməl etməyə çağırırlar. Bəzi ekspertlər xəbərdarlıq edirlər ki, virusun yeni variantları proqresə təhdid yarada bilər.

ABŞ-da Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Roçel Valenski deyib ki, ölkədəki yoluxmaların 4 faizə qədəri ilk dəfə Britaniyada aşkarlanan daha yoluxucu variantla bağlıdır.

Yaponiyada vaksinasiya başlanır

Johnson & Johnson şirkəti birdozalı koronavirus vaksininin təsdiqlənməsi üçün Avropa Tibb Agentliyinə müraciət edib. Qurum rəyinin martın ortasınadək açıqlanacağını deyib.

İndiyədək AB-də Pfizer/BioNTech, Moderna və AstraZeneca vaksinlərinə yaşıl işıq yandırılıb.

“Australian Open” tennis yarışmasının keçirildiyi Viktoriya vilayətində qəfil karantin, ölkə üzrə isə məhdudiyyətlər qaldırılır. İndi tennis yarışlarını izləməyə məhdud sayda izləyicilər buraxılacaqlar.

Yeni Zelandiya Oklenddəki karantini fevralın 17-dən qaldıracağını bildirib.

Yaponiyada bu gündən vaksinasiya başlanıb. Pfizer-BioNTech vaksini Tokioda xəstəxana işçilərinə vurulur.

Amma ölkədə yaya planlaşdırılan Olimpiya oyunları ilə bağlı narahatlıq var. Simane prefekturasının qubernatoru deyib ki, Olimpiya oyunlarının Tokioda keçirilməsinə qarşıdır.

XS
SM
MD
LG