Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:33

Navalnıya görə saxlananların ev dustaqlığı ləğv olunub


Anastasiya Vasilyeva saxlanarkən, 6 aprel, 2021-ci il
Anastasiya Vasilyeva saxlanarkən, 6 aprel, 2021-ci il

Həmin dörd nəfər Navalnının digər tərəfdarları və müttəfiqləri ilə birlikdə yanvarda Kremlin tənqidçisinin həbsinə qarşı icazəsiz etiraz aksiyaları öncəsi saxlanıblar

Rusiya müxalifətçisi Aleksey Navalnının qardaşının, yaxın müttəfiqinin və Moskva şəhərinin iki deputatının ev dustaqlığı ləğv olunub. Onlar yanvarda Moskva sakinlərini icazəsiz yürüşlərə çağırmaqla koronavirus qadağalarını pozmaqda suçlanırlar.

Navalnının Antikorrupsiya Fondunun (FBK) vəkili Lyubov Sobolun hüquqlarını müdafiə edən Vladimir Voronin aprelin 7-də deyib ki, Moskva Şəhər Məhkəməsi sözügedən dörd nəfərin ev dustaqlığını başqa qadağalarla əvəzləyib.

Yeni qadağalar

Məhkəmənin yeni qərarıyla onlar axşam 8-dən səhər 6-dək evlərini tərk edə bilməzlər, bu iş üzrə digər şəxslərlə kommunikasiya, işlə bağlı məsələlərin istənilən ünsiyyət metoduyla müzakirəsi, adi poçt, yaxud teleqrafdan istifadə yasaqlanır.

Həmin dörd nəfər Navalnının digər tərəfdarları və müttəfiqləri ilə birlikdə yanvarda Kremlin tənqidçisinin həbsinə qarşı icazəsiz etiraz aksiyaları öncəsi saxlanıblar.

Digər saxlananlar Həkimlər Alyansı QHT-sinin rəhbəri Anastasiya Vasilyeva, Pussy Riot etiraz qrupunun aparıcı üzvü Mariya Alyoxina, Navalnının Moskvadakı komandasının aparıcı üzvü Oleq Stepanov, Navalnının sözçüsü Kira Yarmış, fəal Nikolay Lyaksin, şəhər bələdiyyəsinin üzvü Dmitri Baranovskidir.

Onların əksəriyyəti ev dustağıdır, pandemiya zamanı sanitar və epidemioloji qaydaları pozmaqda ittiham olunurlar. Təqsirli bilinsələr, hərəsinə iki ilədək həbs düşə bilər.

Moskvadakı Memorial İnsan Haqları Mərkəzi onları siyasi məhbus kimi tanıyıb.

XS
SM
MD
LG